"Ağadadaş Ağayev məni aldadıb, çoxlu pul verdi" - Vüsalə Əlizadə

16:49 14.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aparıcı Vüsalə Əlizadə Xalq artisti Ağadadaş Ağayevin ona verdiyi qonorardan danışıb.

Hafta.az xəbər verir ki, aparıcı verilişində müğənninin onu oğlunun toyuna çağırmasından söz açıb:

"Bir ay əvvəldən mənə zəng etdi ki, dostumun övladının toyudur və səni istəyirlər. Dedim ki, siz nə desəniz o. Dirəşdi ki, yox, qonorarı de. Dedim, filan qədər, amma siz də orada olacaqsınız. Kartımı göndərdim, bütöv məbləği atdı kartıma. Toya bir gün qalmış saytlarda gördüm ki, oğlunun toyu imiş. Zəng vurdum yalvardım ki, qonorarı qaytarım. Cavab verdi ki, əsla, sən orada səhnədə olacaqsan, əziyyət çəkəcəksən. Bu, əziyyəti bilən insanlar var".